SON XƏBƏR

“Olympus Park”-ın işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı - VİDEO

Fevral 07
14:15 2018
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən "Olympus Park” MMC tikinti şirkətinin işçiləri evlərini satıb köçmək istəməyən sakinləri daşa basıb.
 
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bu hadisə fevralın 6-na keçən gecə baş verib. Şirkətin bir qrup işçisi gecə saatlarında sakinlərin həyətlərinə ekskavatorla hücum çəkib, müqavimət göstərməyə çalışan sakinlər isə daşa basılıb.
 
Bu ünvanda evlərini kompensasiyanın məbləğinin aşağı olmasına görə şirkətə satmaqdan imtina edən bir neçə sakinlə "Olympus Park” arasında münaqişə neçə vaxtdır davam edir. Sakinlərdən Zemfira Babayeva deyir ki, şirkət onun evinin hər kvadratmetrinə görə 1650 manat təklif edir. Amma həmin məbləğə Yasamalda özünə mənzil tapa bilmir. "Demişəm ki, bu ev mənim şəxsi mülkümdür, satmıram. Onlar isə bizi daşa basıb qovurlar” - sakin deyir.
 
Məlumata görə Yasamal rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov hadisə yerinə gedərək sakinlərlə şirkət arasında razılaşma əldə olunana qədər tikintinin dayandıralacağını deyib.
 
(Hurriyyet.org)
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook