SON XƏBƏR

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

Aprel 10
12:24 2021
"Neftçalada ekoloji fəlakət təhlükəsi var".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, son günlər Kürün Xəzərə yox, Xəzərin Kürə axdığını vurğulayıb:

"Artıq dəniz suyu 40 km Kür çayında irəliləyib, su soranlaşıb. Nəticədə Neftçala ekoloji fəlakətlə üz-üzədir. Rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi var. Əhali istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranıb. Aqrar sektorda suvarma problemi var. Bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır".
 
Natiq Cəfərli qeyd edib ki, Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrılıb, amma:

"Basıb yedilər. Kürün su resursların vəhşicəsinə istismar edilməsi, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. 

Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı. İndi həm də buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir".

Ekspert bunun çox ciddi problem olduğunu qeyd edib:

"Ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook