SON XƏBƏR

"Onlar dinc keçid üçün deyil, təxribatlar üçün buradadırlar" - Çinin müdafiə naziri

İyun 05
07:12 2023
"Xarici döyüş gəmiləri və təyyarələri Çin ərazisinə dinc keçid üçün deyil, təxribat məqsədilə yaxınlaşır".

Qaynarinfo xəbər verir ki, bunu Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik forumunda Çinin müdafiə naziri Li Şanfu deyib. 

Bundan əvvəl ABŞ-ın Hind-Sakit Okean Komandanlığı Tayvan boğazından keçən Kanada-ABŞ birgə missiyası zamanı Çin hərbi gəmisinin Amerikanın USS Chung-Hoon esminesindən 150 yard (137 metr) təhlükəli məsafəyə yaxınlaşdığını açıqlanmışdı. Bildirilib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq, Amerikanın "USS Chung-Hoon” esminesi və Kanadanın "HMCS Montreal” freqatı iyunun 3-də Tayvan boğazının cənubundan şimala planlı keçid edib.

Li Şanfu hadisəni şərh edərkən bildirib ki, Pekin müvafiq akvatoriyada üzmə azadlığının və xarici gəmilərin dinc keçidinin təmin edilməsində heç bir problem görmür.

"Müdafiə naziri kimi mən hər gün ərazimizə bitişik ərazilərə daxil olan əcnəbi döyüş gəmiləri və təyyarələri ilə bağlı çoxlu məlumatlar alıram. Onlar dinc keçid üçün deyil, təxribatlar üçün buradadırlar. Bütün bu hadisələrin niyə baş verdiyini soruşmaq istərdim", deyə Li Şanfu bildirib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook