“Onlara işgəncə verilmir, vəziyyətləri normaldır...” - Şahramanyan Bakıda həbsdə olan "dostları" ilə nədən danışır?
Noyabr 30
11:16
2023
Samvel Şahramanyan Bakıda həbsdə saxlanılan Qarabağdakı keçmiş qondarma qurumun başçıları ilə əlaqədədir.
"AzPolitika.info” xəbər verir ki, bunu "özünü buraxaraq” Ermənistana qaçan keçmiş qondarma qurumun sabiq "deputatı” David Qalstyan yerli mətbuata açıqlamasında deyib: "Onlar təkcə ailələri ilə deyil, həm də Şahramanyanla əlaqə saxlayırlar. Onlar səhhətlərinin vəziyyətindən danışırlar, dedilər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”.
O, "özünü buraxmış” separatçı rejimin sabiq "təhlükəsizlik şurası katibi” Samvel Babayanın Şahramanyanın Azərbaycan tərəfi ilə əlaqə saxlamasına dair bəyanatına da toxunub: "Samvel Babayan Şahramanyanla hansısa əlaqələrdə ittiham etməkdənsə, öz əlaqələrini üzə çıxarsa daha yaxşı olardı”.