SON XƏBƏR

“Onun həkim məsləhətinə ehtiyacı var” - Avropa Komissiyasında Medvedevi ələ saldılar

Fevral 22
18:30 2024
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin son hədə-qorxu dolu açıqlamalarına Avropa Komissiyasında istehza ilə reaksiya veriblər.

"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Peter Stano Dmitri Medvedevin bəyanatlarını şərh etmək üçün heç bir səbəb görmədiyini bildirib. Bununla yanaşı, diplomat qeyd edib ki, Medvedevin psixi sağlamlıqla bağlı müalicəyə ehtiyacı var.

Medvedevin Rusiyanın Kiyev və Odessaya iddiaları barədə danışan Stano deyib: "Biz adətən diqqəti özlərinə cəlb etmək üçün var gücü ilə çalışan insanların sözlərini şərh etmirik, xüsusən də bu, hansısa məqsədlə istifadə olunan daxili "2 nömrə”dirsə. Adını çəkdiyiniz şəxsin öz psixi sağlamlığının diaqnozunu ictimai şəkildə yayımlaması bir tərəfdən yaxşı hal olsa da, burada deyilə biləcək yeganə şey ona mütəxəssis məsləhəti və köməyi tövsiyə etməkdir”.

O, əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq üçün xərclədiyi milyardlarla dolları Moskva öz vətəndaşlarının sağlamlıq proqramlarını dəstəkləməyə xərcləsəydi, daha yaxşı olardı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook