Orban seçki saxtakarlığı ittihamlarına baxmayaraq, İvanişvilini dəstəklədi
Oktyabr 30
14:25
2024
Macarıstanın Baş naziri Viktor Orban çərşənbə axşamı Gürcüstanın hakim partiyasını dəstəkləyərək onun parlament seçkilərindəki qələbəsinin azad və demokratik olduğunu deyib.
Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.
Orban, ölkənin seçki komissiyasının hakim "Gürcü arzusu” partiyasının qalib gəldiyini bildirdiyindən sonra Gürcüstana səfər edən ilk xarici lider olub.
Gürcüstan prezidenti və müxalifəti bildiriblər ki, seçkilər Rusiyanın köməyi ilə "oğurlanıb”. Onlar seçkilərdə geniş yayılmış saxtakarlıq və zorakılığın olduğunu bildiriblər. Aİ və ABŞ araşdırmaya çağırıb.
Lakin Orban həmkarı, baş nazir İrakli Kobaxidze ilə görüşdükdən sonra onu təmsil etdiyi "Gürcü arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edəndən sonra fərqli qiymət verib.
"Seçkilərlə bağlı müzakirələrə baxıram, beynəlxalq təşkilatların qiymətləndirmələrini oxuyuram və görürəm ki, heç kim bu seçkilərin azad və demokratik seçim olduğuna şübhə etməyə cürət etmir”, - Orban deyib.
Onun sözlərinə görə, Gürcüstanda həm müxalifət, həm də hakim partiya "Avropa inteqrasiyasına sadiqdir”.
"Avropayönlü siyasət yürütməklə siz ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiniz”, – deyən Orban Kobaxidzeni seçkilərlə bağlı hər hansı tənqidə məhəl qoymamağa çağırıb.