“Orbanı İtaliya Baş nazirinin cazibədar jestləri yola gətirdi...” – “Mən divara dəydim...”
Fevral 02
17:12
2024
Macarıstanın Baş naziri Viktor Orban milli radioya müsahibəsində uzun dirənişdən sonra Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardım ayırmasına razılaşmasının səbəblərini açıqlayıb.
Viktor Orban 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra da Aİ-nin Kiyevə maliyyə və hərbi dəstəyini açıq şəkildə tənqid edib və Kremllə dostluq əlaqələrini davam etdirib.
"Politico” dərgisi Viktor Orbanın, nəhayət, Ukrayna üçün 50 milyard avroya razı olmasının mümkün səbəblərini təhlil edib. Məqalədə qeyd olunur ki, bunun üçün İtaliyanın Baş naziri Giorgi Meloninin aylarla davam edən cazibədar jestləri və Fransa tərəfinin təşkil etdiyi bir neçə şərablı nahar lazım oldu. Meloni Orbanla uzun tarixi olan münasibətləri əsas gətirərək onunla söhbəti öz üzərinə götürüb. İki avropalı diplomata istinad edən nəşr yazır ki, bu mənbələr Melonin ifrat sağçı baxışlarını bölüşmürlər. "O, əlaqələr üçün dəfələrlə körpü yaratmağa cəhd edib, belə görünür ki, bu dəfə onun missiyası alındı”, "Politico” yazır.
Orban suala cavabında "mən divara dəydim. Əgər razılıq əldə olunmasaydı və Budapeşt veto hüququndan istifadə etməyə davam etsəydi, o zaman Aİ-nin qalan 26 üzvü Ukraynaya Macarıstanın razılığı olmadan pul göndərməyin bir yolunu tapacaqdı. Bu, bizim üçün yaxşı olardımı?”, - deyib.
Baş nazir vurğulayıb ki, Macarıstan Ukraynanı silahla təmin etmir, lakin Budapeşt Brüsselin vəsaitlərindən istifadə etməklə Ukraynanın mülki ehtiyaclarını maliyyələşdirməyə kömək edəcək. O, Kiyev və Moskva arasında sülh danışıqlarının başlamalı olduğunu və vaxtın Rusiyanın xeyrinə işlədiyini təkrarlayıb.