Orfoqrafiya lüğətinin təkrar nəşri ilə bağlı hazırlıq işlərinə başlanılıb
Yanvar 25
11:23
2022
Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.
Bildirilib ki, lüğət müasir informasiya texnologiyalarının imkanlardan istifadə edilməklə hazırlanacaq.
Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.