Ormanxana (Şeir)
Mart 16
16:01
2023
Şəmşad AĞA
ağaclar
böyüyər yan-yana,dayanar baş-başa,
qol-budaq ataraq,
qucaqlayar,
söykənər bir-birinə…
yaranar meşələr…
ağaclar
balta səsinə diksinəndə,
sıxlaşar daha da
ayrı düşmək qorxusundan…
qocalar meşələr…
baltalar
sirrini biləndə ağacların,
uzaqlaşar
bir-birindən budaqlar,
azalar meşələr…
və
qoruya bilməz ormanları
gövdəsi çürümüş ağaclar,
yoxa çıxar meşələr…