Ortaq Türk Əlifbası dərsliyi nə zamandan tədris olunacaq?
İyun 01
14:49
2023
Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan "Türk dünyasının coğrafiyası” və "Ortaq türk ədəbiyyatı” dərslik layihələri üzrə işlər davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Həmin dərsliklərin tam orta təhsil pilləsin üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.
Bununla yanaşı, 2021- ci il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşündə qəbul edilən "Türk Dünyası 2040 Vizyonu" sənədində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında daha yaxşı əlaqə yaradılması məqsədilə Ortaq türk əlifbası hazırlanması hədəflənib.
Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin, eləcə də Azərbaycanın sahə üzrə mütəxəssisləri (Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Respublikasının Təhsil İntitutunun əməkdaşları) cəlb edilməklə Ortaq türk əlifbasının hazırlanmasına dair ilkin araşdırmalar və işlər həyata keçirilir", - deyə məlumatda bildirilib.