SON XƏBƏR

Osmanlı sarayının qorxunc üzlü dilsiz cəlladları - ARAŞDIRMA

İyun 14
10:42 2016
Hər cəmiyyətdə cəlladlar qorxulan, lənətlənən şəxslər olmuşlar. Belə ki, Osmanlı dövründə cəlladlar yalnız yaşayarkən deyil, öldükdən sonra belə, cəmiyyət tərəfindən təcrid olunmuş və məzarları da ayrıca salınmişdir. 

"Cəllad" sözü mənşəcə ərəb sözü olmuş-"cəld" (qamçı ilə vurma) kökündən gələn, "əziyyət verən”, "cəzalandıran" mənasında istifadə edilən bir sözdür və edam cəzalarını həyata keçirən şəxslərə verilən addır. Edam cəzasınin tətbiqində hər dövlətin tarix boyunca cəllad seçimində müxtəlif meyarları olmuşdur. Məsələn, Romanın ilk dövrlərində edam cəzaları xalqin içindən seçilən insanlar tərəfindən tətbiq olunsa da, daha sonrakı dövrlərdə bu cəzaların tətbiqi üçün daha professional şəxslər yetişdirilməyə başlanmışdır. 

Cəlladlardan Osmanlı imperiyasının qüdrətli olduğu XV əsrdə də istifadə edilmişdir. Hətta,dövlət adamlarınin da edam cəzası cəlladların əli ilə olardi. 
Boğaraq öldürmə hadisəsi 28 yanvar 1595-ci ildən cərəyan etməyə başlamışdır. Cəllad ocağı XVI əsrdə padşahın yaxın qoruması ilə vəzifəli olan Bostançı ocağına bağlanmışdır. Osmanlıda cəlladların seçiminə xüsusi diqqət göstərilmişdir. 

Həmin dövrdə adam asmaq, boğmaq və kəllə kəsmək bir cəza növü idi və bunun üçün də sarayda hər zaman cəlladlar hazır vəziyyətdə idi. 
Osmanlının ən sevilməyən üzü olaraq bilinən cəlladlar, bir çox üsulla sirrlərini mühafizə etməyi bacarırdılar. 

İndi isə, cəlladların qan donduran sirrləri... 

Lal və kar olardılar 

Cəlladların ən əhəmiyyətli ortaq nöqtəsi isə həm, kar həm də dilsiz olmaları idi. Cəllad olaraq, seçiləcək adam anadangəlmə lal deyildirsə, sonradan dili kəsilərək lal edilirdi. Cəlladlar o dövrdə xorvat və qaraçılar arasından seçilirdi.

Sultanlar nəyə görə cəlladların dilsiz və kar olmasını istəyirdi? 

Əsas səbəb, cəlladların edam etdikləri şəxsin son fəryadının duymasının qarşısını almaq və etdiyi işdən təsirlənməsini önləmək idi. 

Cəlladların arasında da rütbə əsas idi. Məsələn, dövlət adamlarının edamı söz mövzusu olduğunda, bunu sıravi bir cəllad deyil, cəlladbaşı adındakı "Bostançılar lideri" reallaşdırardı. Vəzir və Kazıasker kimi dövlət rəhbərlərini edam edən cəlladbaşları padşahın fərmanını məhkuma oxuyar, daha sonra da son vəzifəsini yerinə yetirərdi. 

"Cəllad bulağı" 
 


"Cəllad bulağı" öz adını cəlladların edam sonrası qanlı qılınc və ya baltalarını yuduğu bulaq olması səbəbiylə almışdır. 

Bulağın önündəki daş isə, başqalarinin edam edilən adamdan ibrət götürməsi üçün kəlləsinin sərgiləndiyi ibrət daşıdır. 

Bu bulağın bir adı da siyasət bulağı idi. Cəlladların qaldığı yer isə bulağın olduğu divarın arxasındaydı. Bu bulaq hələ də ,Topqapı sarayının ön bağçasında yerləşir. Hər gün qarşısından nə olduğunu bilmədən yüzlərlə adam keçir. 

Edam qərarı alınan adam əvvəl Topqapı sarayında olan Cəllad çeşməsinin önünə gətirilir, burada icraçının qılınc zərbəsiylə edami reallaşardı. 

Ancaq edam əməliyyatı yalnız bu bulağın qarşısında reallaşmazdi. Balıqxana qəsrində kəndirlə boğularaq məhkum öldürülər, sonra cəsədinin ayağına daş bağlanaraq, dənizə atılardı. 

Kəsilən başlar xalq üçün sərgilənərdi 

Boynu vurulanların başları isə, Topqapı sarayının ilk giriş qapısına asılaraq. xalqa göstərilirdi. Kəsilən başlar burada üç gün qalardı. Bu qapı sarayın ilk giriş qapısıdır. Kəsik başların qoyulduğu oyuqlar hələ də qalmaqdadır. 

Müsəlman olmayanların edamı 


Cəlladlar müsəlman olan kəslərin infazdan sonra başlarını kürəyi üstdə uzadilmiş cəsədinin qoltuğunun altına, müsəlman olmayanları isə üzü üstdə uzadaraq başlarını qıçlarının üzərinə qoyardılar. 

Vəzirlər, sədrəzəmlər, dövlət adamları ümumiyyətlə, boğazindan asdirilar, sıravi şəxslərin başları isə qilincla vurulardı. 

Sultanlar qardaşlarını edam etdirərdi 


Fateh Sultan Məhmədin imperiyanın davamlılığını təmin etmək məqsədi ilə çıxardığı "Nizami aləm" fərmanının mətni belədir: "Hər kimsəyə övladımdan səltənət müyəssər olarsa, qardaşlarının nizamı aləm üçün qətli münasibdir”. 

Osmanlı qanı müqəddəs görüldüyündən ,edam əməliyyatı xanədan mənsubları söz mövzusu olduğunda ,fərqli olurdu. Xanədan mənsublarının qanı axıdılmaz, boğdurularaq edam edilərdi. Xüsusilə Osmanlı şahzadələrinin yay kişiri ilə boğdurulduğu bilinir. 

III Sultan Məhməd 1595-1603-cü illərdə Osmanlı sultanı olmuşdur. Sultan Süleyman Qanuninin nəvəsi və İkinci Səlimin oğludur. 

Taxta çıxan kimi, 19 uşaq və yetkin şahzadə qardaşlarını bir gecədə dilsiz cəlladlara boğdurmuşdur. Ertəsi günü Divani Hümayunun həyətinə üzəri qiymətli daş-qaşla bəzədilmiş 19 şahzadə tabutu qoyulmuşdur. 

Bu öldürmə üsulu, türklərin müsəlman olmazdan əvvəl etiqad etdikləri Şamanizmdən irəli gəldiyi üçün belə tətbiq olunmuşdur. 

Kəsik başlar sultana nimçədə təqdim edilirdi 

Edam ediləcək şəxs, İstanbul xaricində bir bölgədədirsə, kəsilən başının iylənməməsi üçün bal dolu bir torbaya qoyulardı. 

Daha sonra torbaya qoyulan məhkumun kəlləsi Sultanın hüzuruna eləcə gətirilir, bir nimçə içində padşaha göstərilib, ibrət daşına qoyular, üç gün nümayiş etdilərdi. 

Bu səbəblə, xüsusilə, dövlət adamlarının bir çoxunun cüt məzarı tapılar, çünki başı bir yerdə, bədəni isə yenə başqa bir yerdə basdırılmış olardı. 
Vyana müharibəsində bacarıqsızlığıyla tanınan və Sultanın qəzəbinə gələn Merzifonlu Quru Mustafa Paşanın da eyni qaydada başı kəsilmiş, başı bal torbasına qoyularaq paytaxta göndərilmişdi. Cəsədi isə dənizə atılmışdır. 

Adsız məzar daşları 

Cəlladların bir çoxunun məzarlarında adları yazılmayıb- doğum tarixləri və s. məlumatlar məzar daşlarında qeyd olunmayib. 

Buna səbəb isə, onsuz da ardlarinca dua səslənməyəcək cəlladların üstünə bir də adı üzərindən qarğış almamaları olmuşdur. Eyni zamanda cəlladların yaxınlarının da həyatı bu şəkildə qorunmuşdur. Can alan bu şəxslərə cəmiyyət tərəfindən heç vaxt xoş münasibət göstərilə bilməzdi. Bütün cəmiyyətlərdə lənətlənən şəxslər olmuşlar. 

Əyyub məzarlığının ən köhnə qəbirləri cəlladlara məxsusdur. İnsani duyğu və xüsusiyyətlərdən məhrum olan, acıma, mərhəmət, sevgi hissləri olmayan cəlladların xalq öz aralarında dəfn olunmalarını istəməmişdir. 

Bir vaxtlar İstanbulun ən ucqar, gözdən uzaq bir bölgəsi olduğu illərdə buraya basdırılıblar. Cəlladlar yalnız həyatda ikən deyil, həm də öldükdən sonra da cəmiyyətdə qəbul edilməyiblər. 

Ramil CƏBRAYIL
 
Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook