Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib
İyun 14
11:49
2022
"Pakistan hökuməti defolta yol verməmək üçün neft məhsullarına subsidiyaların ayrılmasını dayandırmalıdır".
"Report” "Geo TV” telekanalına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Miftah İsmayıl bəyan edib.
Onun sözlərinə görə, hökumət qiymətləri qaldırmasa, Beynəlxalq Valyuta Fondu (BVF) Pakistanla saziş bağlamayacaq və bu, defolta səbəb ola bilər.