Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib - Video
Noyabr 08
12:13
2022
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib...
Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, fləşmoblarda "Qarabağ Azərbaycandır”, "Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.
Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.