Pakistanın sabiq baş naziri və qızı həbs edildi
İyul 14
10:26
2018
Pakistanın sabiq baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər.
Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar.
Nəvaz və Məryəm Şərif iyunun 15-dən Londonda qalmaq məcburiyyətində olublar. Səbəb isə Nəvaz Şərifin xərçəngdən əziyyət çəkən həyat yoldaşı Gülsüm Nəvazın səhhətinin kəskin pisləşməsi olub.