Palata “AXA MBASK”-la bağlı Korrupsiya İdarəsinə müraciət edib?- MÜƏMMA
Yanvar 13
17:13
2018
Xəbər verildiyi kimi, "AXA MBASK” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilib. Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilib.
Maliyyə sektorunda çalışan mənbənin AFN-ə verdiyi məlumata görə, aparılan yoxlamalar zamanı aşkar edilmiş cinayət tərkibi olduğu ehtimal edilən faktların araşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub: "Lakin bu barədə məlumat nəyə görəsə ictimaiyyətdən gizlədilir".
Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Rəsulov bildirdi ki, MBNP-nin "AXA MBASK”-la bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib-etməməsi barədə onlara hər hansı məlumat daxil olmayıb: "Yaxşı olardı ki, bu barədə palataya müraciət edəsiniz”.
Palatanın sığorta şirkətində konkret hansı nöqsanları aşkarladığı və hansı hallara görə icrası məcburi göstəriş verilməsi haqda sualımıza departament rəhbəri cavab vermədi. Bildirdi ki, bu, şirkətin daxili məsələsidir.

MBNP-nın mətbuat xidmətindən isə telefonla məlumat verilmədiyi, sorğunun rəsmi qaydada cavablandırılacağı bildirildi. Sorğunu hazırlayıb ünvanladıq və alınan cavabı təqdim edəcəyik
P.S. Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında” qanunun 2-ci maddəsində (İnformasiya əldə etmək azadlığı) göstərilir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır: "Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”.
Eyni qanunun 10-cu maddəsində (İnformasiya sahibinin vəzifələri) qeyd edilir ki, informasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir.
Palatanın tətbiq etdiyi qayda(?) isə bu qanunun qeyd edilən müddəalarının kobud şəkildə pozulması deməkdir.
Qlobal.Az