SON XƏBƏR

“Palsüd” “Milli brend” seçildi - Fotolar

Dekabr 23
01:15 2016
"Palfood” MMC-nin məhsulu olan "Palsüd” mükafata layiq görülüb.

Qlobal.az AzToday.az-a istinadən xəbər verir ki, "Palsüd” Consulting&Business jurnalı tərəfindən "Milli brend” nominasiyasında "İlin məhsulu” seçilərək "Uğur” mükafatını qazanıb.

Xatırladaq ki, "Consulting&Business” jurnalı hər il Azərbaycanda aparılan quruculuq işlərinə xüsusi töhfələrini verərək ölkə başçısı İlham Əliyev tərəfindən aparılan iqtisadi siyasətin uğurla həyata keçirilməsində və iqtisadiyyatın müxtəlif sahələrində ciddi nəticələrə nail olub, dünya iqtisadiyyatına inteqrasiyaya, yeni və uğurlu layihələri həyata keçirərək ölkə əhalisinin rifah halının yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaratmış təşkilat və şirkətləri mükafatlandırır. Bu mənada süd və süd məhsulları bazarında ölkəmizi xarici bazarda layiqincə təmsil edən "Palsüd” ölkə prezidenti İlham Əliyevin bir neçə ay öncə " Milli brend”in inkişafı üçün verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirərək 2000-ci ildən təsis olunan "Uğur” mükafatını qazanıb.



Boulevard Hoteldə keçirilən təltifetmə mərasimində çıxış edən " Palfood” MMC-nin baş direktoru Elvin İsmixanov "Palsüd” brendini mükafata layiq görən təşkilatçılara minnətdarlığını bildirdikdən sonra ölkə başçısı İlham Əliyevin "Milli brend”lə bağlı verdiyi tapşırıqlardan sonra şirkətin bu yöndə yeni konsepsiya hazırlayaraq xarici bazarda məhsullarının daha da genişlənməsini qarşılarına "ana vəzifə” tapşırığı kimi qoyulduğunu vurğulayıb.


Qeyd edək ki, Palmali Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən "Palfood” MMC 2005-ci ildə Azərbaycanda təsis olunub və Lənkəranda şirkətin böyük bir zavodu fəaliyyət göstərir. Hazırda şirkət " Palsüd” brendi ilə 100-ə yaxın çeşiddə süd məhsulları istehsal edir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook