SON XƏBƏR

Papa Quranın yandırılmasına belə reaksiya verdi: “İyrənirəm...”

İyul 03
13:31 2023
Roma Papası Fransisk Stokholmda Quranın yandırılması kimi hərəkətlərdən iyrəndiyini bildirib. Onun fikrincə, söz azadlığı başqalarını təhqir etmək üçün bəhanə olmamalıdır.

Qaynarinfo xəbər verir ki, o bu barədə BƏƏ-nin "Al Ittihad” qəzetinə bildirib.
 
"Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı istənilən kitaba inanclı insanlara hörmət olaraq ehtiramla yanaşılmalıdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, - deyə Papa bildirib. 

Xatırladaq ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında polisin icazəsi ilə Quran yandırmaq aksiyası keçirib. O, Qurandan vərəqləri cırıb, onlarla ayaqqabısını silib, kitabın içinə bekon qoyub yandırıb. Hakimiyyət hadisəni qanuni, lakin "yersiz” adlandırıb. İraq İsveçdən mühaciri Quranı təhqir etdiyinə görə mühakimə etmək üçün onu ekstradisiya etməyi tələb edib. Bağdadda etirazçılar İsveç səfirliyinə hücum ediblər. Digər müsəlman ölkələri də hadisəni pisləyib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook