SON XƏBƏR

Paris-2024-də günün yekunu: Azərbaycan ilk gümüş medalını qazanıb

Avqust 08
06:46 2024
Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

"Report"un məlumatına görə, tarixi nəticə ilə yadda qalan gündə Azərbaycan aktivinə ilk gümüş medalı yazdırıb.

Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) həlledici görüşdə Cənubi Koreya idmançısı Park Taejoonla üz-üzə gəlib. İdmançımız qarşılaşma zamanı ayağından ziddi zədə alaraq, görüşü sona qədər davam etdirə bilməyib. Bununla da Qaşım gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) da medal qazanmaq şansı olub. Yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak edən Süleymanov, qırğızıstanlı rəqibinə yenilərək 5-ci yeri tutub.

Eyni idman növündə ölkəmizi təmsil edən Həsrət Cəfərov (67 kq) da mükafat qazanmağa yaxındır. O, bu gün üçüncü yer uğrunda qarşılaşmada qalib gələcəyi təqdirdə bürünc medalın sahibi olacaq. Cəfərovun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Daha bir yunan-Roma güləşçimiz Rafiq Hüseynov (87 kq) isə ilkin mərhələdə uduzub. Ona 1/8 finalda qalib gələn macarıstanlı David Losonç finala yüksələ bilmədiyi üçün Rafiq bürünc mükafat uğrunda mübarizədən də kənar qalıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Azərbaycanın hazırda aktivində 4 medal var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook