SON XƏBƏR

Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək

Dekabr 03
15:19 2024
Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək.

"Report” Fransa KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib.

"Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!", - o qeyd edib.

F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.

Daha əvvəl prezidentin reytinqinin rekord səviyyədə aşağıda düşdüyü və fransızların yalnız 17 %-nin onu dəstəklədiyi qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook