SON XƏBƏR

Parlamentin binası qarşısında uşaqpulu tələbilə aksiya keçirilib

İyun 02
08:11 2022
İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Milli Məclisin qarşısında aksiya keçirib.

Etirazçılar onları deputatların yanına buraxmağı tələb ediblər, dövləti uşaq müavinətlərinin təmin edilməsinə çağırıblar.

Bir qrup qadın "Taladın sərvətimi, təhvil ver dövlətimi!”, "Büdcəni talama, uşaqpulu ver balama!” şuarlari səsləndiriblər.

Qadınlar təbii resurslardan əldə edilən gəlirlərin ədalətsiz bölüşdürülməsindən, dövlətin uşaqlara, xüsusilə də aztəminatlı ailələrin uşaqlarına qayğı göstərməməsindən hiddətləniblər,
Polis aksiya iştirakçılarını parlamentin binasına buraxmayıb, onlarla ofislərində görüşməyi tövsiyə edib.(Turan)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook