Parlamentin iclasında rus sədrə dil iradı - “Nə üçün hələ də qırğız dilini bilmirsiniz?" + VİDEO
İyul 01
12:10
2022
Qırğızıstan parlamentinin (Joqorku Keneş) iclası zamanı gərgin anlar yaşanıb.
Deputat Kunduzbek Süleymanov Turizmin inkişafına dəstək fondunun sədri Yelena Kalaşnikovanın qırğız dilnii bilməməsinə qəzəblənib.
Müzakirə zamanı Süleymanov Kalaşnikovadan neçə il Qırğızıstanda yaşadığını soruşub, xanım sədr də "25 il” cavabını verib.
"Nə üçün siz hələ də qırğız dilində salamlaşmağı belə bilmirsiniz? Dünənki çıxışdan bəlli idi ki, siz qırğız dilini bilmirsiniz. Siz bununla turizmi inkişaf etdirmək istəyirsiniz? Utanmırsınız?" - deyə deputat bildirib.
"Mən Qırğızısıtanı xaricdə tanıtmaq istəyirəm. Dil öyrənmək isə birinci zərurətdirsə, öyrənərəm”, - deyə fond rəhbəri cavab verib.
"Niyə bunu birinci zərurət hesab etmirsiniz?" – Süleymanov soruşub.
"Düşünürəm ki, bu lazımdır”, - Kalaşnikova bildirib.
"Nə üçün hələ də qırğız dilini bilmirsiniz? Heç olmasa, cəhd etdiyinizi necəsə bildirin. Oturun, dinləyin. Sizi heç kimlə müqayisə etmək istəmirəm. Sadəcə, sizə ayıb olmalıdır. Vəzifə tutasan və dilə, adət-ənənələrə hörmət etməyəsən... Biz xalqın nümayəndəsi olaraq bunu sizə deməliyik. Bu, sizin üçün minusdur”, - deputat söyləyib.

Qeyd edək ki, Y.Kalaşnikov həm də Qırğızıstanın Ak-Sai Travel şirkətinin rəhbəridir./Teleqraf.com