"Parlamentin Zurabişvilinin vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq" - Dövlət Departamenti
May 24
11:23
2024
Gürcüstan parlamentinin Prezident Salome Zurabişvilinin "Xarici təsir" qanununa vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq.
Qeyd edək ki, parlamentin mayın 28-də prezidentin vetosunu ləğv etməsi gözlənilir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Amerikanın səsi"nə açıqlamasında bildirib.
O, qeyd edib ki, belə bir addımın atılması Gürcüstanın Avropa ölkələri ilə münasibətlərinə, həmçinin ölkənin Avro-Atlantik istəklərinə təsir edəcək.