“PAŞA Bank” AmCham piknikinin sponsoru olub
İyul 13
18:12
2016
Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham) Bakıda hər il yerli biznes nümayəndələrini və onların ailələrini qeyri-rəsmi şəraitdə bir yerə toplayan ənənəvi piknik keçirib. Ötən illərdə olduğu kimi, tədbirin əsas sponsorları sırasında "PAŞA Bank" da olub.
Bu barədə bankdan AZƏRTAC-a verilən məlumatda bildirilir.
"PAŞA Bank"ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova deyib ki, real sektorun etibarlı tərəfdaşı mövqeyini tutan bank yerli biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Bu cür qeyri-rəsmi tədbirlərdə iştirak mövcud biznes-münasibətlərin inkişafına şərait yaratmaqla yanaşı, həm də sahibkarlar arasında yeni işgüzar əlaqələrin qurulmasının da təməlini qoyur.
Tədbirdə təxminən 700 nəfər iştirak edib.
Qlobal.az