SON XƏBƏR

"PAŞA Həyat” 44 milyon itirib

Oktyabr 30
10:40 2019
Ölkənin ən iri həyat sığortası şirkətlərindən olan "PAŞA Həyat” sığorta şirkətinin yığımları azalıb.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı rəsmi hesabata əsasən "PAŞA Həyat”ın yığlmları son bir il ərzində kəskin azalaraq 164 442 100 manata düşüb.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 209 227 200 manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 44 785 100 manat və ya 27,2% azalaraq 164 442 100 manat təşkil edib.

Qeyd edək ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook