SON XƏBƏR

"PAŞA Sığorta" taksi fəaliyyəti göstərən avtomobillərin sığortasını elektron qaydada dayandırdı

Fevral 09
14:11 2024
"PAŞA Sığorta” şirkətinin elektron sistemində artıq 3-4 gündür ki, texniki problem yaranıb.

Valyuta.az xəbər verir ki, bu barədə sığorta agentləri bildirirlər. Bildirilir ki, sığorta şirkəti xüsusilə də, ili köhnə olan və taksi fəaliyyəti üçün istifadə olunan və sığorta haqqı ən aşağı olan "Vaz”, "Toyota Prius”,  "Daewoo Gentra” kimi avtomobilləri sistem üzərindən bloklayır, yəni sığortalamaqdan imtina edir. 

Digər məlumatlara görə, son bir neçə gündə "PAŞA Sığorta” üzrə bütün avtomobillərin icbari sığortasını  elektron sistemi üzərindən dayandırıb. 

Qeyd edilir ki, əvvəlcə bu avtomobilləri də sığortalayan sığorta şirkəti artıq zərərliliyin yüksək olduğunu anlayıb və imtina etməyə başlayıb.

Sığorta şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, araşdırma aparılıb məsələyə aydınlıq gətiriləcək.
 
***
 

PAŞA Sığorta tərəfindən icbari avtomobil sığortasının onlayn əldə edilməsi xidməti xəbərdə qeyd edilən dövrlərdə aktiv şəkildə fəaliyyət göstərib. Həmçinin qeyd edilən avtomobil modelləri, yəni "Vaz”, "Toyota Prius”,  "Daewoo Gentra” kimi avtomobillər üçün də sistem doğru formada fəaliyət göstərmişdir. Bu avtomobil modellərinin sığortalanmasından PAŞA Sığorta şirkətinin imtina etməsi kimi iddialar reallığı əks etdirmir. Şirkət hal-hazırda aktiv olaraq bütün avtomobil modelləri üzrə icbari sığortanın əldə edilməsini onlayn qaydada həyata keçirir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook