SON XƏBƏR

Paşinyan Ərdoğanla söhbəti haqqında: “Söhbət faydalı və çox rəsmi oldu”

Sentyabr 12
10:42 2023
Türkiyə prezidenti Rəcəb Ərdoğanla söhbət faydalı oldu.

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyada deyib.

"Söhbət mətbuat xidmətindən verilən xəbərlər qədər rəsmi idi. Deyə bilərəm ki, mənalı və faydalı oldu. Bir sıra nüanslar, mövqelər və qiymətləndirmələr üzrə daimi təmasların olması vacibdir", - baş nazir bildirib.

Daha əvvəl Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

"Söhbət zamanı Paşinyan və Ərdoğan vurğulayıblar ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcək”, - Bağdasaryan bildirib. Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.

Ermənistanın baş naziri ilə telefon danışığı daha əvvəl Ərdoğan tərəfindən açıqlanıb və o, Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsini tənqid edib və seçkiləri "səhv addım” adlandırıb. O, Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə edəcəyinə söz verib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook