Paşinyan: “Korrupsiya geri qayıdıb”
Yanvar 06
14:06
2024
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni ildə komandasını "təmizləməyə” başlayıb. O, Ermənistanda idarəçilikdə ciddi problemlərin və korrupsiyanın olduğunu etiraf edib.
"AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan Lori və Armavir şəhərlərinə səfər etdikdən sonra bölgənin qubernatoru Edvard Hovhannisyanı vəzifəsindən azad edib.
Paşinyan bölgədə dövlət büdcəsi hesabına aparılan tikinti işlərindən narazı qalıb, stadionda yaranmış yağış gölməçələrinə görə inşaatçıları tənqid edib.
Qeyd olunur ki, iki gün əvvəl Paşinyan Lorinin 7 yaşayış məntəqəsində olub və ciddi problemlərlə üzləşib. Buna görə yerli məmurları qınayıb, Şəhərsalma Komitəsinin sədrini və Lori qubernatorunu işdən azad edib.
Paşinyan hökumətin 140 şagird yerlik modul tipli yeni məktəbin tikintisi üçün 700 milyon dram xərclədiyini bildirərək, Ermənistanda korrupsiyanın "çiçəkləndiyini” etiraf edib.
"Korrupsiya geri qayıdıb”, – deyə bildirən Paşinyan məmurları ittiham edib