Paşinyan parlamentdə çıxış edəcək - Keşiş Baqrat isə ermənilərə çağırış etdi
İyun 12
13:40
2024
Bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın iştirak edəcəyi "hökumət saatı” keçiriləcək. İclasda Paşinyanın çıxışı gözlənilir.
Bununla yanaşı, keşiş Baqrat Qalstanyanın paytaxtın mərkəzində başlatdığı aksiya üçüncü gündür ki, davam edir. İştirakçıların sayı az olsa da, onlar mərkəzi prospektlərdən birini bağlayaraq, çadırlar qurublar. Bu gün səhər polisin həmin ərazidəki avtomobilləri yığışdırmağa başladığı bildirilir. Qalstanyan isə bu gün saat 15.00-a parlament qarşısında yeni aksiya təyin edib.
"AzPolitika” xəbər verir ki, erməni KİV-ləri iclas başlamazdan əvvəl parlamentin zalında ciddi təhlükəsizlik tədbirləri görüldüyünü və masalardan su şüşələrinin yığıldığını yazır.