Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"
Mart 28
11:42
2024
Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ" "hökumətini" tanımır.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.
Paşinyan bildirib ki, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə "hökumət" elan edir və s. addımlar atırlar.
"Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur", deyə Paşinyan hökumətin bugünkü iclasında qeyd edib.