SON XƏBƏR

Paşinyan: “Rusiyanın regiona diqqəti getdikcə azalır”

Avqust 02
15:12 2023
"Mən Moskvadan hələ heç bir dəvət almamışam”.

"AzPolitika.info” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Euronews” telekanalına müsahibəsində "Prezident Vladimir Putin sizi və Azərbaycan Prezidentini danışıqların yeni raundu üçün Moskvaya dəvət edib. Rusiyanın bu regiona indiki təsiri barədə nə deyə bilərsiniz” sualını cavablandırarəkən deyib.

Rusiyanın regiona təsiri barədə Baş nazir bunları deyib: "Əlbəttə, bilirsiniz ki, Ukraynada baş verən hadisələri nəzərə alaraq, təkcə Rusiyanın deyil, digər geosiyasi oyunçuların da regionumuza diqqəti getdikcə azalır, çünki Ukrayna demək olar ki, bütün beynəlxalq diqqəti özünə yönəldir.

Amma Rusiya bizim regionda var, Qarabağda var, Ermənistan Respublikasında var, amma Avropa İttifaqı (Aİ) da var: Aİ-nin Ermənistanla Azərbaycan sərhədində mülki missiyası yeni amildir.
Təbii ki, missiya hər iki tərəfdə olmalı idi, çünki ilkin olaraq 6 oktyabr 2022-ci il tarixli dördtərəfli bəyanatın bir hissəsi kimi Praqada əldə olunan razılaşma... Avropa İttifaqının missiyası regionumuza ilk dəfə o zaman gəldi və ilkin olaraq razılaşma əldə edildi. Avropa İttifaqı missiyasının nümayəndələrinin sərhədin hər iki tərəfində olması barədə qərar qəbul edildi, lakin Azərbaycan nədənsə bundan imtina etdi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook