“Paşinyan və ailəsi haqda elə faktları yayacam ki..." - Sarkisyan 24 saat vaxt verdi
İyun 09
11:25
2021
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd edib.
Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirmişdi.
Paşinyan "Sarkisyan əsgərlərdən oğurlanan milyonları Monte Karlo kazinosunda uduzanda özünü güllələyərdi" söyləmişdi.
Sarkisyan prezidentliyi illərində daim "kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib.
O, Nikol Paşinyana 24 saat vaxt verib:
"Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O (Nikol Paşinyan - red.) yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya faktları təqdim edəcək, ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək”.