Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
Oktyabr 03
22:59
2024
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
Report xəbər verir ki, Ermənistan hökumətindən verilən məlumata görə, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 %-nin razılaşdırıldığını bildirib.
Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.
Tərəflər Paşinyan və Makron Ermənistan-Aİ əməkdaşlığını, o cümlədən Aİ-nin Ermənistandakı missiyasını, Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri müzakirə ediblər.