Paşinyanı tənqid edən jurnalist bıçaqlandı
Noyabr 17
12:29
2020
Ermənistanın "Adekvad” müxalif partiyasının üzvü, "Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb.
Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri K.Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb. Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol Paşinyan məsuliyyət daşıyır.