SON XƏBƏR

Paşinyanın səfərinin pərdəarxası - Ermənistan yenidən Rusiyaya yaxınlaşır?

Dekabr 25
14:38 2023
"Ermənistan Rusiyadan tam asılıdır".
 
Bunu Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Paşinyanın dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurası və dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə qatılmasını şərh edərkən deyib. 
  
Zərdüşt Əlizadə vurğulayıb ki, İrəvan bu asılılığı yürütdüyü işğalçı Qarabağ siyasətilə daha da gücləndirib:

"Ermənistan Rusiya olmasaydı, işğalçı siyasət həyata keçirə bilməzdi. Qarabağ xülyalarının iflasa uğraması ilə öz aləmlərində Moskvadan küsmüşdülər. Amma küsdükləri dövrdə belə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi artıb. Ermənistan iqtisadi baxımdan da Rusiyadan asılıdır. Erməni xalqı da Rusiyaya bağlıdır. Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinin həcmi də artıb. 

Bütün bunlar göstərir ki, Rusiyadan qopmaq elə də asan məsələ deyil. Ermənistan özü könüllü surətdə Rusiyaya bağlanmışdı.
Doğrudur, hazırda Rusiyanın Ermənistandakı nisbi çəkisi artan xəttlə azalmağa doğru gedir. Əvəzində, İrəvanın Qərblə münasibətləri genişlənir. 

Düşünürəm ki, sülh müqaviləsi bağlanandan, Türkiyə ilə İrəvan arasında münasibətlər tənzimlənəndən sonra, tədricən Ermənistanın bir nömrəli müttəfiqi, tərəf müqabili Ankara olacaq. Bu qaçılmaz prosesdir".

Qeyd edək ki, xeyli müddətdir MDB və KTMT tədbirlərini boykot edən Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də Sankt-Peterburqa gedərək, Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacaq. Ardınca, dekabrın 26-da isə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook