Pedoqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?
Oktyabr 17
09:56
2023
Azərbaycan Dövlət Pedoqoji Kolleci 2023-cü ilin sentyabr ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, kollecin "əsaslı təmir işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 11.000 manat, qalibi isə "Alov-N" (VÖEN:3102536241) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Pedoqoji Kollecdə əsaslı təmir işləri aparacaq "Alov-N" MMC-nin fəaliyyət profili, lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçi sayı, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Pedoqoji Kollecin keçirdiyi digər satınalmalara diqqət etdikdə əsasən fəaliyyəti qeyri-şəffaf olan təşkilatlarla "işbirliyinə" üstünlük verdiyi görünür. Belə ki, Kollecin qalib elan etdiyi təşkilatların fəaliyyətləri qeyri-şəffaf olmaqla yanaşı, əksəriyyətinin dövlətə külli miqdarda vergi borcu var.
Pedoqoji Kollec həmin ilin oktyabr ayının 17-də daha bir satınalmaya yekun vurub. Kollecin "cari təmir" lotu üzrə keçiridiyi bu satınalmanın məbləği 74.962 manat, qalibi isə "Turan 2018" (VÖEN: 6401991121) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Turan 2018" MMC-nin də hüquqi ünvanı Masallı rayonunun Köçəkli kəndidir.

"Alov-N" MMC 2018-ci ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Abşeron rayonu Masazır kəndi, qanuni təmsilçisi isə Qurbanov Raqif Əsəd oğludur.
Pedoqoji Kollecdə əsaslı təmir işləri aparacaq "Alov-N" MMC-nin fəaliyyət profili, lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçi sayı, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Pedoqoji Kollecin keçirdiyi digər satınalmalara diqqət etdikdə əsasən fəaliyyəti qeyri-şəffaf olan təşkilatlarla "işbirliyinə" üstünlük verdiyi görünür. Belə ki, Kollecin qalib elan etdiyi təşkilatların fəaliyyətləri qeyri-şəffaf olmaqla yanaşı, əksəriyyətinin dövlətə külli miqdarda vergi borcu var.
Pedoqoji Kollec 2022-ci ilin dekabr ayının 13-də "inventarların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Bu satınalmanın məbləği 23.810 manat, qalibi isə "GÜNAY 87" (VÖEN: 2906894931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "GÜNAY 87" MMC Kollecin sözügedən satınalmasının elanından 11 gün əvvəl - 2022-ci ilin noyabr ayının 17-də təsis edilib. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9 mkr, ev 26 mənzil 16, qanuni təmsilçisi isə Hüseynova Günay Şahin qızıdır. "GÜNAY 87" MMC-nin də fəaliyyət prifili barədə açıq internet resurslarında məlumat yoxdur.
"GÜNAY 87" MMC-nin hazırda dövlətə 1816 manat vergi borcu var.
Pedoqoji Kollec 2022-ci ilin avqust ayının 26-da "cari təmir" lotu üzrə sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 79.971 manat, qalibi isə "Bina İdarəetmə Mərkəzi" (VÖEN: 1006226671) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"Bina İdarəetmə Mərkəzi" MMC 2019-cu ilin noyabr ayının 7-də dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, F.MƏLİKOV 7 MKR, ev 60/30, m. 35 olan şirkətin qanuni təmsilçisi Camaləddinov Loğman Ənvər oğludur. Pedoqoji Kollecdə cari təmir işləri aparacaq "Bina İdarəetmə Mərkəzi" MMC-nin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
"Bina İdarəetmə Mərkəzi" MMC-nin hazırda dövlətə 9895 manat vergi borcu var.
Kollecin digər satınalmalarının bəzilərində də şübhəli məqamlar yer almaqdadır. Belə ki, Pedoqoji Kollec 2021-ci ilin noyabr ayının 15-də "maşın və avadanlıqların satınalınması" lotu üzrə smetası 74.686 manat olan satınalma keçirib. Bu satınalmada "Aysun-2014" (VÖEN: 6401050851) Məhdud Məsuliyyətli Cəmiyyətiqalib elan edilib. "Aysun-2014" MMC-nin hüquqi ünvanı Masallı rayonu Köçəkli kəndidir.
Pedoqoji Kollec həmin ilin oktyabr ayının 17-də daha bir satınalmaya yekun vurub. Kollecin "cari təmir" lotu üzrə keçiridiyi bu satınalmanın məbləği 74.962 manat, qalibi isə "Turan 2018" (VÖEN: 6401991121) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Turan 2018" MMC-nin də hüquqi ünvanı Masallı rayonunun Köçəkli kəndidir.
Pedoqoji Kollecdə 74 min manatlıq "cari təmir işləri aparan" "Turan 2018" MMC-nin də digər qaliblər kimi fəaliyyəti barədə məlumat yoxdur.
Qlobal.az məsələ ilə bağlı Azərbaycan Dövlət Pedoqoji Kollecindən mövqe öyrənib. Kollecin Tender Komissiyasının sədri Elsevər Abbaslı hər bir satınalmanın qanunvericiliyə uyğun keçirildiyini bildirib: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci həm tədris, həmçinin təsərrüfat məsələlərində tam şəffaf və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Kolleci tərəfindən "Dövlət Satınalmaları” haqqında AR qanununa uyğun olaraq "Kotirovkalar sorğusu" "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin qaydalarına uyğun, "Tender.az" internet portalı vasitəsi ilə keçirmişdir".
Qlobal.az Hesablama Palatasından Azərbaycan Dövlət Pedoqoji Kollecində nə zaman audut aparılması barədə mövqe öyrənib. Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə 2022-2023-cü illərdə Palata tərəfindən Azərbaycan Dövlət Pedoqoji Kollecində audit aparılmadığını bildirdi.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedoqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur.
Cahandar Laçınlı
Qlobal.az