SON XƏBƏR

Pedro Briones evinin yaxınlığında güllələnib

Avqust 15
09:23 2023
Ekvadorun Esmeraldas əyalətində "Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones evinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentliyə namizəd Luis Qonzales bildirib.

L.Qonzalesin sözlərinə görə, hazırda Ekvador "ən qanlı dövr”ünü yaşayır, buna səbəb bacarıqsız hökumət və mafiyanın güclənməsidir.

Bundan əvvəl avqustun 9-da Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio paytaxt Kitoda keçirilən seçki mitinqindən sonra təhsil müəssisəsindən çıxarkən güllələnib.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook