Pentaqon “GMLRS” raketlərinin istehsalına dair müqavilə imzalayıb
May 11
09:05
2024
ABŞ Müdafiə Nazirliyi "Lockheed Martin” şirkəti ilə Ukraynada da istifadə olunan "GMLRS” raketlərinin istehsalı üçün 332 milyon dollarlıq müqavilə imzalayıb.
"Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Sifarişin tamamlanması üçün müəyyən edilmiş son tarix 20 oktyabr 2027-ci ildir.
Qeyd olunub ki, "Lockheed Martin Missiles and Fire Control” şirkəti "Guided Multiple Launch Rocket System” (GMLRS) istehsalı üçün 332,126,764 ABŞ dolları məbləğində müqavilə alıb.