SON XƏBƏR

Pentaqon şefi nəhayət Ərdoğanın İncirlik bəyanatına cavab verdi

Dekabr 17
11:16 2019
"Bu barədə ilk dəfə qəzetlərdən öyrəndim ... və buna görə də mən öz həmkarlarımla məsləhətləşməliyəm ki, görək onlar bununla əslində nə demək istəyiblər və nə qədər ciddidirlər".

Qaynarinfo xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper Ərdoğanın İncirliyin bağlanmasıyla bağlı bəyanatına münasibət bildirərkən "Röyter”ə deyib. 

Mark Esper bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ qoşunları üçün Türkiyədəki İncirlik aviabazasının mümkün bir şəkildə bağlanmasına dair bəyanatı onun diqqətinə dərhal çatdırılmadığı üçün Türkiyə liderinin sözlərini 17 dekabr çərşənbə axşamı günü şərh edib.

O, həmçinin Türkiyənin suverenliyini və NATO bazalarını və ya xarici silahlı qüvvələri öz ərazisinə yerləşdirmək və ya yerləşdirməmək hüququnun ayrılmaz olduğunu qeyd edib.

Xatırladaq ki, İncirlik aviabazasının uzunluğu 3000 metrdən çox olan uçuş-enmə zolağı var və strateji bombardmançılar da daxil olmaqla, bütün növ təyyarələri qəbul etməyə qadirdir. Onun ərazisində təyyarələrin yerləşmə və sığınacaq zonaları, anbarlar, rabitə mərkəzləri, müvafiq avadanlıqlar yerləşdirilib, qərargah, ofis və texniki otaqlar var.

Bazadakı ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyəti, müxtəlif hesablamalara görə, 3 mindən 5 min nəfərə qədərdir.

Hava bazası 1958-ci ildəki Livan böhranı, "Səhrada fırtına” (1991) və "Tülkü” (1998) əməliyyatları, Əfqanıstandakı (2001-ci ildən bəri), İraqdakı (2003-cü ildən bəri) və Suriyadakı müharibələr zamanı amerikalılar tərəfindən istifadə edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook