SON XƏBƏR

Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

Aprel 13
06:56 2024
Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumatı "TASS" agentliyi yayıb.

"Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, - Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 12-də "The Washington Post" öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda bölgəyə əlavə gəmi və təyyarələr göndərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook