SON XƏBƏR

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi

Yanvar 13
18:11 2020
Lahor Ali Məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin dövlətə xəayənat maddəsi ilə ölüm hökmünü konstitusiyaya zidd elan edib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Geo TV məlumat yayıb. 

Qeyd edək ki, Müşərrəfə qarşı iddia işi 2013-cü ildə Pakistan hökumətinin təşəbbüsü ilə başlanıb. Sabiq prezident 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırmaqda və fövqəladə vəziyyət rejimi tətbiq etməkdə, həmçinin vətənə xəyanətdə ittiham olunub.

General Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub. Müşərrəf 2007-ci ildə Ali Məhkəmənin onun vəzifəyə seçilməsini nəzərdən keçirmək qərarından sonra ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edib. 2016-cı ildən bəri eks-prezident BƏƏ-dədir. Eks-prezident ötən ilin sonunda vətənində hökmdən apelyasiya şikayəti verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook