SON XƏBƏR

Peter Mixalko Azərbaycan hərbçilərinin həlak olması ilə əlaqədar başsağlığı verib

Avqust 01
07:50 2024
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Laçında 4 azərbaycanlı hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.

"Report” xəbər verir ki, bu barədə o, "X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Dörd Azərbaycan hərbçisinin xidməti vəzifələrini yerinə yetirərkən faciəli şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Onların ailələrinə, dostlarına və həmkarlarına başsağlığı verirəm”, - Mixalko yazıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 4 hərbçisi xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən həlak olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook