Pikassonun “Saatlı qadın”ı hərracda 140 milyon dollara satılıb
Noyabr 09
10:13
2023
Rəssam Pablo Pikassonun "Saatlı qadın” tablosu hərracda 139,364 milyon dollara satılıb.
"Sotheby's”dəki məlumata görə, kətanda Pikassonun sevgilisi Mariya-Tereza Valter öz qol saatı ilədir. Pikassonun işlərinin araşdırmaçısı Lidiya Qasman güman edir ki, saat sənətçi üçün xüsusi önəm daşıyıb, onun tərzi isə "vaxtın öldürdüyü sevgi” ilə əlaqədardır.
1966-cı ildə İsveçrənin Bazel şəhərindəki Beyeler Qalereyası "Saatlı qadın”ı əldə edib. 1968-ci ildə əsər ABŞ-nin Nyu-York şəhərindəki "Pace Gallery”nin kolleksiyasında yer alıb.