Piramida qurdu, dələduzluq etdi, 200 mini mənimsədi - Vahid Rzayevin işi məhkəmədə
Aprel 04
11:09
2023
Ötən il "WhatsApp” mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşları aldadılaraq pullarını ələ keçirən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Qaynarinfo-nun məlumatına görə, aparılan istintaq işi çərçivəsində Rzayev Vahid Mahir oğlu "Vahid” adı ilə "WhatsApp”da "Yatırım” adlı qrup yaradaraq zərərçəkmiş şəxs kimi tanınan 24 vətəndaşın 200 min manatdan artıq vəsaiti mənimsəyib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.
Vahid Rzayev sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında sözügedən vətəndaşları aldadıb.

İş Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Yaxın günlərdə işə hakim Leyla Əsgərovanın sədrliyə ilə baxılacaq.
Qlobal.az