“Polat Yol Yapı” dövlətin sərvətini talan edir
Noyabr 17
11:05
2017
Türk şirkəti Ağcabədi rayonunda yerli qurumları "ələ alaraq" Qarqar çayı ətrafında yeraltı sərvətlərimizi talayır
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında tikilən Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkəti "Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi ilə bağlı ölkə mediasında bir neçə dəfə məlumat yayımlanmasına baxmayaraq aidiyyatı qurumlar nədənsə susur.
Rubrika.Az-a verilən məlumata görə, hazırda Mingəçevir -Bəhrəmtəpə yolunun tikintisini davam etdirən "Polat Yol Yapı” şirkəti, tikinti üçün istifadə edilən qum, çınqıl matrellarını Qarqar çayından daşımaqla həll edir. Ancaq şirkətin Qarqar çayının ətrafında istismar etdiyi ərazi ilə bağlı hər hansı bir sənədinin olmadığı deyilir. Sadəcə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Fövqalədə Hallar Nazirliyinin regional şöbəsinin "hesabı”nı verməklə dövlətin yeralltı sərvətini talayırlar. Ölkəmizdəki qanunlara görə yeraltı təbii sərvətlərin istisamrı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqalədə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülür.Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum, çınqıl matreallarının daşınması olar. Amma "Polat Yol Yapı” şirkəti üçün deyəəsn qanun Ağcabədi rayon İcra Hakimiyyətinə və FHN yeri şöbələrinə verdiyi rüşvət hesab olunur.
Görünür ki, türk şirkəti asan qazanc yolunu tutub və ölkəmizdə qazandığı qazancdan dövlət büdcəsinə vəsiat köçürtmək niyyətində deyil. Buna isə təbii ki, yerli məməurlar şərait yaradır…

Ağcabədi rayon sakinlərinin saytımıza verdiyi məlumatlarda qeyd edilir ki, Ağcabədi İcra Hakimiyyətini "ələ alaraq" Qarqar çayının yatağındakı çınqıl və qum yataqları bu şirkət tərəfindən talanır. Sakinlər şirkət traktorlarından qazdıqları dərin quyulara görə mal-qaralarını Qarqar çayında suvarma bilmədiklərini deyirlər. Bir vaxtlar çayın kənarı təmiz idi və biz mal-qaramızı burda rahat otara bilirdik. Lakin indi "Polat Yapı Yol” şirkətinin traktorları çayın ətrafında dərin xəndəklər qazıblar. Sakinlər qeyd edirlər ki, şirkətin ağır tonnajlı maşınları dayanmadan qum, çınqıl daşıdığı üçün bütün yollarımız dağılıb.
Rubrika.Az-a verilən məlumata görə, hazırda Mingəçevir -Bəhrəmtəpə yolunun tikintisini davam etdirən "Polat Yol Yapı” şirkəti, tikinti üçün istifadə edilən qum, çınqıl matrellarını Qarqar çayından daşımaqla həll edir. Ancaq şirkətin Qarqar çayının ətrafında istismar etdiyi ərazi ilə bağlı hər hansı bir sənədinin olmadığı deyilir. Sadəcə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Fövqalədə Hallar Nazirliyinin regional şöbəsinin "hesabı”nı verməklə dövlətin yeralltı sərvətini talayırlar. Ölkəmizdəki qanunlara görə yeraltı təbii sərvətlərin istisamrı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqalədə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülür.Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum, çınqıl matreallarının daşınması olar. Amma "Polat Yol Yapı” şirkəti üçün deyəəsn qanun Ağcabədi rayon İcra Hakimiyyətinə və FHN yeri şöbələrinə verdiyi rüşvət hesab olunur.
Görünür ki, türk şirkəti asan qazanc yolunu tutub və ölkəmizdə qazandığı qazancdan dövlət büdcəsinə vəsiat köçürtmək niyyətində deyil. Buna isə təbii ki, yerli məməurlar şərait yaradır…
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
Qlobal.Az