SON XƏBƏR

Polisin qadağan etdiyi qurğuları Əmlak Komitəsi hərraca çıxardı

Noyabr 06
11:11 2017
Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də hərraca çıxardığı əmlaklarla təəccübə səbəb olub.
 
Qlobal.Az axar.az-a istinadən xəbər verir ki, komitə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin maşınlarda quraşdırılmasını qadağan etdiyi və buna görə cərimə tətbiq edilən əmlakları hərraca çıxarıb.

Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarı 5 dekabrda təşkil ediləcək hərraca antiradar təqdim edib. Antiradarın qiyməti 22 manat 5 qəpikdir.

Xatırladaq ki, antiradar qurğusu yollardakı bütün radarları göstərir. Abtomobilə quraşdırılan bu qurğu radar olan əraziyə yaxılaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir. İndiyə kimi avtomobillərdə antiradar cihazlardan istifadə edən sürücülər 800 manat məbləğində cərimə olunub. Bildirək ki, antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da mətbuata açıqlamasında bildirib ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və 500 manatdan 800 manata qədər cərimə edilir.

Bundan başqa, hərracda satışa çıxarılan digər əmlak çoxavazlı səs siqnalıdır ki, bu da müəyyən zamanlarda qadağan edilib. Hətta yol polisi bununla bağlı müxtəlif zamanlarda reydlər keçirib, sürücülərə bununla bağlı xəbərdarlıqlar ediblər. Satışa çıxarılan çoxavazlı səs siqnalı hərracda 30 manata təqdim edilib.

Qeyd edək ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və bu kimi avtomobillərə quraşdırılan bəzi qurğular qanunla qadağan edilib. V. Əsədovun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, belə səs siqnalları müsadirə edilir. Yüksək tonlu, çoxavazlı, səsi artırıb-azaldan sirena və ya musiqi səsli siqnalların avtomobillərə tətbiq edilməsi və onlardan istifadə edilməsi qanunla tənzimlənir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook