SON XƏBƏR

Polşa 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir - Duda

Sentyabr 28
09:58 2023
Polşa 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. 

Qaynarinfo Politico-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Anjey Duda bildirib.

"Mən Polşa Olimpiya Komitəsi, idman naziri və hökumətlə məsləhətləşmələrdən sonra bildirmək istərdim ki, bizim ambisiyalarımız və niyyətlərimiz 2036-cı ildə Yay Olimpiya Oyunlarının təşkili üçün səylərə başlamaqdır", - Duda bildirib.

Polşa indiyədək heç vaxt Yay və Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyib. Hazırda 2036-cı il Oyunlarının təşkili ilə bağlı ərizələr artıq Meksika, İndoneziya və Türkiyə tərəfindən təqdim olunub.

Politico Polşa Olimpiya Komitəsinin prezidenti Radoslav Pesieviçdən sitat gətirir: "Mən söz verə bilərəm ki, bu oyunları Polşada təşkil etmək üçün hər şeyi edəcəyik".
Nəşr qeyd edir ki, Olimpiadaya ev sahibliyi edən şəhərlərə prestij gətirməsə də, bəzi iqtisadçılar bunun son nəticədə pis maliyyə sövdələşməsi olduğunu iddia edirlər.

Xatırladaq ki, gələn il Yay Olimpiya Oyunları Parisdə, ardınca 2028-ci ildə Los-Ancelesdə və 2032-ci ildə Avstraliyanın Brisben şəhərində keçiriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook