SON XƏBƏR

Polşada seçkidə hakim partiya qalib gəldi - Hökuməti isə müxalifət formalaşdıracaq

Oktyabr 17
13:45 2023
Polşanın hakim mühafizəkar Hüquq və Ədalət (PİS) partiyası parlament seçkilərində qalib gəlib, lakin hökuməti müxalifət formalaşdıracaq.

"AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, Polşalı siyasi analitiklər və müxalifət belə düşünür.

Seçkilərin nəticələrinə görə, PİS 35,4%, onun əsas rəqibi olan Avropayönlü Vətəndaş Platforması 30,7% səs toplayıb. Sonrakı yerdə 14,4% səslə "Üçüncü yol" və 8,6% səslə "Yeni Sol" gəlir - məhz onların dəstəyi hakim koalisiyanın formalaşması üçün kritik əhəmiyyət kəsb edəcək. Beşinci yerdə ifrat sağçı Konfederasiyadır, o, 7,2% səs toplayıb və parlamentə də daxil olub. Seçkilərdə rekord sayda - 74,4% seçici iştirak edib.

İndi gözlənilir ki, Polşa prezidenti Anjey Duda PİS-ə hökuməti formalaşdırmağı tapşıracaq.Yerlərin əksəriyyətini tutmaq üçün o, digər partiyaların dəstəyini almalıdır. PİS "Üçüncü Yol”la razılığa gəlməyə çalışacaqlarını bildirib. Lakin siyasi analitiklər hesab edirlər ki, bu razılaşma olmayacaq, çünki hazırkı müxalifət koalisiyada daha nüfuzlu qüvvəyə çevrilə bilər.

Ona görə də Vətəndaş Platformasının rəhbəri Donald Tusk "Üçüncü Yol” və "Yeni Sol”la  koalisiya quraraq hökuməti formalaşdıracağı gözlənilir. Üç partiyadan ikisi, digər məsələlərlə yanaşı, feminizm ideyalarını bölüşür.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook