SON XƏBƏR

Polşadan ölkəyə gələn bu məhsullara məhdudiyyət qoyuldu (TƏHLÜKƏ)

Yanvar 10
11:21 2020
Polşa ərazisindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Agentlik bildirib ki, bunun səbəbi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərin qarşısını almaqdır.

Məlumatda deyilir: 

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lüblinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alıb”.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook