SON XƏBƏR

Pompeo: "Seçkilərimizə müdaxilə olsa, qarşılıq verəcəyik"

Dekabr 11
15:34 2019
"2020-ci ildə keçiriləcək prezident seçkilərinə xarici müdaxilə olsa, ABŞ buna qarşılıq verəcək".

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdikləri mətbuat konfransında səsləndirib. O, məsələ barədə Vaşinqtonun mövqeyini açıq şəkildə ifadə etdiyini deyib.

"Rusiya və ya hər hansısa bir xarici ölkənin demokratik prosesimizin altını oyma cəhdləri olsa, buna qarşılıq verməyə hazırıq", - deyə Pompeo bildirib.

Dövlət katibi Tramp administrasiyasının seçkiləri qorumaq üçün hər zaman çalışacağını qeyd edib.

ABŞ-ın ittihamlarını rədd edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə seçkilərə müdaxiə ilə bağlı irəli sürülən fərziyyələrin əsassız olduğunu deyib. Bildirib ki, Moskva Vaşinqtonla danışıqların transkriptini yayımlamağa hazırdır, lakin ABŞ bunu qəbul etmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook