SON XƏBƏR

Pompeodan rəsmi Tehrana xəbərdarlıq:“Təcridin daha da dərinləşməməsi üçün raket sınaqlarına son qoyun“

Yanvar 04
00:28 2019
ABŞ İranı fəzaya daşıyıcı raket buraxmağa son qoymağa çağırıb.

"RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

"İran Müdafiə Nazirliyi yaxın aylarda fəzaya üç daşıyıcı raket buraxmaq planlarını açıqlayıb. Bu da BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinə daha bir hörmətsizlikdir. İqtisadi və diplomatik təcridin daha da dərinləşməməsi üçün rejimə raket buraxmağa son qoymağı, ballistik raketlərlə bağlı hər cür fəaliyyətdən əl çəkməyi tövsiyə edirik”, – deyə o, vurğulayıb/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook